Haqqımızda

Biz kimik

1999 - cu ildə qurulmuş firmamız _ 25 illik zəhmətilə - əla keyfiyyət, münasib qiymət və qısa müddət devizi ilə çalışmaqdadır. Biz kölgəlik sistemləri sahəsində geniş xidmətlər təklif edirik. Acilib-yığılan və sabit tentlər, markizlər və yay-qış kafeləri, çadır və çətirlər, pencərə tenləri ,pergola- giotin-cambalkon sistemləri , hovuz örtükləri və s. Bu secimlərdə əsas, keyfiyyət və sərbəst qərar qəbul etməkdir. İstər pencərə tentləri, istər terraslar üçün tentlər və ya başqa modellərin hər biri iş qabiliyyətini itirmədən günəşə, küləyə və yağışa davamlılığı ilə seçilirlər. Keyfiyyəti sözlə demək çətindir, onu görmək və hiss etmək olar, ən yaxşısı isə bir necə ildən sonra. Məhz o zaman bizim tentlərin qiyməti bilinir. Bizim yüksək texnologiyalı məhsullarımız nəinki günəşdən və yağışdan qorunmaq üçündür, onlar hətta sizin evlərinizin, pençərələrinizin, terras, restoran və kafelərinizin gözəl dizaynıdır. Biz tentlərimiz üçün geniş parça seçimi də təklif edirik.Tələbkar müştərilərin arzusunu qane edəcək rəng qammalarimiz mövcuddur. Bizim müştərilər dəbdəbəli və məhşur restoranlar, açiq havadaki yay kafeləri, villalar, o cümlədən fiziki şəxslərdir. Restoran və maqazinlərin tentlərinin üzərinə yazılmış reklamlar, onları Bakılıların və paytaxtımızın qonaqlarının sevimli yerinə cevirir.

 

Günəşdən, yağmurdan və küləkdən qorunmaq üçün müxtəlif növ qurğular

 
Веб-портал JooMix.